Dünya

Tacikistanda qar uçqunu 10 nəfərin həyatına son qoyub

Sharing is caring!

Çərşənbə günü Tacikistanın Dağlıq Bədəxşan Muxtar Vilayətinin inzibati mərkəzi Xoroq şəhərində bir neçə evin üzərinə düşən qar uçqunu nəticəsində ikisi uşaq olmaqla 8 nəfər həlak olub.

Respublikanın Fövqəladə Hallar Komitəsinin mətbuat xidmətindən verilən məlumata görə, ölkənin digər regionlarında daha iki nəfər qar uçqununun qurbanı olub.

Bildirilib ki, Xoroqda baş vermiş təbii fəlakətdən sonra xilasedicilərin səyi ilə 9 nəfər uçqun altından sağ-salamat tapılıb. Ölənlərin arasında biri qız, digəri oğlan olmaqla iki 4 yaşlı uşağın, həmçinin dörd qadının olduğunu vurğulanıb.

Mətbuat xidmətindən bildiriblər ki, xilasetmə işləri davam edir. Ümumilikdə Xoroq şəhərində qar uçqunu nəticəsində 22 evə ziyan dəyib.

Tacikistanın başçısı Emoməli Rəhmon həlak olanların ailələrinə maddi yardım göstərilməsini tapşırıb.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir