Dünya

“Liverpul” və “Everton” zəlzələ qurbanları üçün formalarını satacaqlar

Sharing is caring!

“Liverpul” və “Everton” klubları Mersisayd derbisində geyinəcəkləri formaları hərracda sataraq gəlirlərini Türkiyə və Suriyada baş verən zəlzələ bölgəsinə göndərəcəklər.

Bu barədə klublar açıqlama veriblər.

Premyer Liqada bazar ertəsi günü oynanılacaq Mersisayd derbisi zəlzələ qurbanları üçün xeyriyyə kampaniyasına çevriləcək.

Klublar arasında baş tutacaq mübarizədə geyilən formalar imzalı şəkildə hərracla satılacaq və əldə edilən gəlir zəlzələdən zərərçəkənlərin ehtiyaclarına sərf olunacaq.

Mənbə: Haber Global

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir