Dünya

İndoneziyada güclü zəlzələ: Ölənlər və yaralananlar var – FOTO/VİDEO

Sharing is caring!

İndoneziyada güclü zəlzələ baş verib.

Bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Zəlzələ yerli vaxtla saat 06:28-də (Bakı vaxtı ilə 10:28) qeydə alınıb.

Yeraltı təkanların episentri Papua əyalətinin Cayapura şəhərindən 10 kilometr aralıda yerləşib.

Müxtəlif mənbələrdə 5,1-6,3 bal gücündə olduğu deyilən zəlzələnin ocağı 43 kilometr dərinlikdə olub.

Sosial şəbəkələrdə yolların dağılması və binaların çökməsi barədə görüntülər var. Həmçinin yerli mediada ölənlərin və xəsarət alanların olduğu bildirilir.

Mənbə: Fajarpapua.com

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir