Dünya

“KazMunayQaz” BTC kəməri ilə neft tədarük edəcək

Sharing is caring!

Qazaxıstanın “KazMunayQaz” neft şirkəti fevralda Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri ilə neft nəqlinə başlayacaq.

Bu barədə “Reuters”in mənbələri məlumat veriblər.

Məlumata görə, “KazMunayQaz” BTC ilə 120 min ton həcmində neft tədarük edəcək. Bu, şirkətin Amerikanın “Chevron” şirkəti ilə birgə sahibi olduğu “Tengizchevroil”da payı kimi əldə edilib.

“Reuters”in bildirdiyinə görə, “KazMunayQaz” Azərbaycanın SOCAR şirkəti ilə ildə 1,5 milyon tona qədər neftin tədarükü barədə razılığa gəlib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir