Dünya

Braziliyanın keçmiş prezidenti Bolsonaru ABŞ vizası üçün müraciət etdi

Sharing is caring!

Braziliyanın keçmiş prezidenti Jair Bolsonaru altı aylıq ABŞ vizası üçün müraciət edib.

Bu barədə Bolsonarunun vəkili Felipe Alexandr məlumat verib.

“Məncə, Florida onun öz evindən uzaqda müvəqqəti evi olacaq”, – deyə vəkil qeyd edib.

Vəkil eks-prezidentə tövsiyə edib ki, müraciətə baxıldığı müddət ərzində ABŞ-ni tərk etməsin.

Xatırladaq ki, Bolsonaru 2022-ci il dekabrın sonunda seçkilərdə məğlub olduqdan sonra ABŞ-yə gedib. Yanvarın 11-də eks-prezidentin Braziliyaya qayıtmağı planlaşdırdığı məlum olub. Mümkün qayıdışın səbəbi Bolsonarunun cərrahiyyə əməliyyatı olub. Xatırladaq ki, 2018-ci ildə Braziliyanın cənub-şərqində seçicilərlə görüşü zamanı Bolsonaru bıçaqlanıb. O zaman siyasətçi üç həftədən çox xəstəxanada yatıb və ümumilikdə dörd əməliyyat keçirib.

Mənbə: “Financial Times”

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir