Dünya

“Kadırovçular” Ukraynada NTV-nin əməkdaşını zorladılar – FOTO

Sharing is caring!

Çeçen döyüşçüləri Ukraynanın işğal altında olan Melitopol (Zaporojye vilayəti) şəhərində Rusiyanın NTV telekanalının operatorunu döyüb, müxbirini isə zorlayıblar.

Bu barədə telekanal rəhbərliyinin Rusiya İstintaq Komitəsinə yazdığı ərizədən məlum olub. Sənəd sosial şəbəkələrdə yayılıb.

Yayımlanan sənədə görə, operator Artem Epifanov və müxbir Olqa Z. Rusiyanın NTV telekanalının əməkdaşlarıdır. Hər ikisi redaksiya tapşırığı alıb və Rusiya Silahlı Qüvvələri tərəfindən işğal olunmuş Ukrayna şəhərinə gəliblər.

Çərşənbə axşamı, yanvarın 17-də KİV əməkdaşları “Vorontsovski” hotelinin restoranında şam yeməyi yeyərkən, kamuflyaj geyimli şəxslər onlara yaxınlaşaraq, özlərini “Axmat” batalyonunun  döyüşçüləri kimi təqdim ediblər. İşğalçılarla jurnalistlər arasında münaqişə yaranıb. Nəticədə “Kadırovçular” operatoru döyüb və qadın jurnalisti zorlayıblar.

Zərərçəkənlər yerli hərbi rəhbərliyə üz tutublar. Lakin onların müraciətinə baxılmayıb və cinayət işinin açılmasından imtina edilib.

Çıxılmaz vəziyyətdə qalan NTV rəhbərliyi ölkənin İstintaq komitəsinə yazılı şəkildə müraciət etməyi qərara alıb. Sənəd yanvarın 21-də yazılsa da, yalnız bugünlərdə üzə çıxıb. Rusiya mediasında Silahlı Qüvvələrin gözdən salınmaması məqsədilə hadisənin işıqlandırılmadığı bildirilir.

Mənbə: focus.ua

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir