Dünya

Rok klassikinə çevrilən “Money”nin müəllifi vəfat etdi – FOTO/VİDEO

Sharing is caring!

Amerikalı əfsanəvi müğənni, bəstəkar Barrett Stronq 81 yaşında vəfat edib.

Bu barədə “Motown Records” səsyazma şirkətinin muzeyi özünün “Twitter” hesabında xəbər verib.

“Motown Records”un ilk hit müğənnisi, əfsanəvi müğənni-bəstəkar Barrett Stronqun vəfatını dərin kədər hissi ilə bildiririk”, – deyə məlumatda deyilib.

Qeyd edək ki, Stronq yaradıcılıq karyerasına 1959-cu ildə Berri Qordinin “Tamla Records” leyblində (indiki “Motown Records”) başlayıb. Həmin ilin sonunda o sonradan rok klassikinə çevrilən “Money”ni (“That’s What I Want”) yazıb. ABŞ-də böyük hitə çevrilən bu mahnı “The Beatles” və “The Rolling Stones” kimi qruplar tərəfindən də ifa edilib.

2011-ci ildə “Rolling Stone” jurnalı mahnını bütün zamanların ən yaxşı 500 mahnısı siyahısında 294-cü sırada yerləşdirib.

Bundan əlavə, Stronq bəstəkar kimi də tanınıb. O, 1961-ci ildə Eddi Hollandın “Jamie” hitini yazıb, 1966-1973-cü illərdə Norman Uitfildlə mahnılar bəstələyib.

1973-cü ildə Barrett Stronq yenidən müğənnilik karyerasına qayıdıb.

Onun sonrakı nisbətən uğurlu mahnıları siyahısına “Stand Up and Cheer for the Preacher” və “Is It True” daxildir.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir