Dünya

Los-Ancelesdə atışma nəticəsində üç nəfər ölüb

Sharing is caring!

ABŞ-nin Kaliforniya ştatının Los-Anceles şəhərində baş verən atışma nəticəsində azı üç nəfər ölüb, dörd nəfər yaralanıb.

Hüquq-mühafizə orqanlarının əməkdaşlarının sözlərinə görə, atışma şənbə günü gecə Beverli Krest ərazisində baş verib. Hadisənin baş vermə şəraiti hələ müəyyən edilməyib.

İnsident zamanı avtomobildə olan üç nəfər həlak olub, dörd yaralı xəstəxanaya çatdırılıb. Onların vəziyyəti ağırdır.

Qeyd edək ki, son günlər Kaliforniyada 21 nəfərin ölümü ilə nəticələnən bir neçə atışma hadisəsi baş verib.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir