Dünya

İranda silah zavodunda güclü partlayış baş verib – VİDEO

Sharing is caring!

İranın mərkəzində yerləşən İsfahan vilayətində silah zavodunda güclü partlayış baş verib.

Sosial şəbəkələrdə yayılan məlumata görə, bunu İranın İsfahan vilayəti valisinin müavini Məhəmməd Cannesari deyib.

Onun sözlərinə görə, partlayış Müdafiə Nazirliyinə məxsus mərkəzlərdən birindəki zavodda baş verib.

İsfahan vilayətində indiyədək 3 partlayış səsinin eşidildiyi bildirilir.

Onlardan birinin də şəhərin mərkəzində dronun düşməsi nəticəsində baş verdiyi deyilir.

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir