Dünya

ABŞ-də atışma baş verib: Yeddi nəfər həlak oldu – VİDEO

Sharing is caring!

ABŞ-nin Kaliforniya ştatının Haf Mun Bey şəhərində silahlı insident baş verib.

Hadisə nəticəsində 7 nəfər ölüb.

Şübhəli şəxs avtomobilini birbaşa polis bölməsinin dayanacağına sürüb. O, özü polisə təslim olub və həbs edilib. Onun avtomobilində tapança aşkar edilib.

San-Mateo dairəsinin şerifi Kristina Korpus bildirib ki, atəş açan şəxs 67 yaşlı Çunli Çjao olub. O, özünün çalışdığı iki kənd təsərrüfatı obyektində insanları güllələyib. Kristina Korpus həmçinin qeyd edib ki, şübhəli şəxs istintaqla əməkdaşlıq edir, lakin hadisəni hansı səbəbdən törətdiyi məlum deyil.

San-Mateo dairəsinin müfəttişi Rey Müllerin sözlərinə görə, hadisə nəticəsində çoxlu sayda ferma işçisi xəsarət alıb. Həmçinin atışma uşaqların gözü önündə baş verib.

Mənbə: “Reuters”

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir