Dünya

Moskvada inzibati binaların damına havadan müdafiə sistemləri yerləşdirilir – FOTO/VİDEO

Sharing is caring!

Moskvada “Pantsir-S1” zenit-raket kompleksi inzibati binaların, o cümlədən Rusiya Federasiyasının Müdafiə Nazirliyinin damında quraşdırılır.

Müvafiq görüntülər sosial şəbəkələrdə yayılıb.

Qeyd edək ki, “Pantsir-S1” hava hücumundan müdafiə raket sistemi kiçik ölçülü hədəflərin, o cümlədən mobil, eləcə də inzibati-sənaye obyektlərinin və ərazilərin təyyarələrdən, helikopterlərdən, qanadlı raketlərdən və yüksək dəqiqlikli silahlardan hava hücumundan müdafiəsi üçün nəzərdə tutulub. O, kütləvi hava hücumları zamanı hava hücumundan müdafiə qruplarını gücləndirmək məqsədi daşıyır.

Xatırladaq ki, “Ukroboronprom” Moskvaya çata bilən 1000 kilometrdən çox mənzilli Ukrayna zərbə PUA-sının hazırlanmasını və bir sıra sınaqlarını başa çatdırıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir