Dünya

Cansu Dere xəstəxanaya yerləşdirildi

Sharing is caring!

İspaniyaya getməyə hazırlaşan məşhur türkiyəli aktrisa Cansu Dere xəstəxanaya yerləşdirilib.

O, səhhəti ilə əlaqədar bu səhər İspaniyaya səfərini ləğv edib.

İspaniyanın “milli mədəni dəyərləri” arasında yer alan Torvizkon kəndinin yerli bayramı münasibəti ilə 2014-cü ildən bəri verilən “Qızıl Üzüm Bağı Mükafatları”nın bu il 8-cisi keçiriləcək.

Mərasimdə İspaniyada türk seriallarının uğuruna görə Cansu Dere və Melis Sezenin mükafatlandırılacağı açıqlanıb. Cansu Dere və Melis Sezen sabah keçiriləcək mərasimdə iştirak etmək üçün bu səhər hava limanında görüşüblər.

Lakin məşhur aktrisa təyyarəyə minməyə hazırlaşarkən halı pisləşib. Onun rəngi ağarıb və ayaq üstə dayana bilməyib. Halı pisləşən aktrisa təyyarəyə minməyib. Ona qida zəhərlənməsi diaqnozu qoyulub.

Melis Sezen isə sabahkı mərasim üçün İspaniyaya uçub.

Mənbə: Haber Global

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir