Dünya

Səfir: “Pakistan hökuməti və xalqı Azərbaycanın yardımını yüksək qiymətləndirir”

Sharing is caring!

“Rəsmi İslamabad Azərbaycanın donor konfransında iştirakına və Pakistan hökuməti və xalqı tərəfindən yüksək qiymətləndirilən yardımına görə şaddır”.

Bunu “Report”a açıqlamasında Pakistanın Azərbaycandakı səfiri Bilal Haye ötən ilin avqustunda bu ölkədə baş vermiş təbii fəlakətin nəticələrinin aradan qaldırılmasına dəstək olmaq üçün lazımi maliyyə resurslarının cəlb edilməsi məqsədilə yanvarın 9-da keçirilən “İqlimə davamlı Pakistan” beynəlxalq konfransının nəticələrini şərh edərkən deyib.

“Pakistanda daşqınların fəsadlarının aradan qaldırılması üçün əlavə iki milyon dollar ayrıldığını elan etdiyinə görə Azərbaycan hökumətinə dərin minnətdarlığımızı bildirmək istərdik”, – səfir bildirib.

Diplomat xatırladıb ki, Dünya Bankı müxtəlif beynəlxalq qurumlarla birlikdə 2022-ci ilin yayında Pakistanda baş vermiş irimiqyaslı daşqınlar nəticəsində dəyən ziyanın hərtərəfli qiymətləndirilməsini aparıb və ölkənin bərpası üçün təxminən 30 milyard dollar lazım olduğu qənaətinə gəlib:

“Bu məbləğin yarısına, yəni təxminən, 15 milyard dollarlıq maliyyə vəsaitinə yaxın üç ildə ehtiyac olacağı proqnozlaşdırılır. Pakistan hökuməti daşqınların ziyan vurduğu ərazilərin bərpası və yenidən qurulması üçün lazım olan məbləğin 50%-ni maliyyələşdirməyi öhdəsinə götürüb”.

Onun sözlərinə görə, yerdə qalan 50%-lik maliyyə vəsaitini toplamaq üçün Pakistan hökuməti BMT ilə birlikdə yanvarın 9-da Cenevrədə donor konfransı keçirib:

“Biz Cenevrə Konfransında beynəlxalq tərəfdaşlar və dost ölkələrin Pakistan hökumətinin səylərini dəstəklədiklərini elan etdiklərinə görə minnətdarıq”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir