Dünya

Qazaxıstanda beş yaşlı uşaq qardaşlarını ölümdən qurtardı – FOTO

Sharing is caring!

Qazaxıstanda beş yaşlı uşaq qardaşlarını ölümdən xilas edib.

Belə ki, burnuna yanıq iyi gələn azyaşlı xilasetmə xidmətinə müraciət edib.

O, Fövqəladə Hallar Nazirliyinə zəng edərək qardaşları ilə fərdi yaşayış evində olduğunu bildirib və binadan yanıq iyi gəldiyini deyib.

Zəng üzrə hadisə yerinə gələn xilasedicilər uşaqların evdə bağlı qaldıqlarını müəyyən edəndən sonra xüsusi alətlər vasitəsilə qapını sındırıblar.

Uşaq və qardaşları təcili yardım xidmətinə təhvil veriliblər. Həkimlər uşaqları müayinə edib və onlara yüngül dərəcədə dəm qazından zəhərlənmə diaqnozu qoyublar.

Mənbə: Tengrinews.kz

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir