Dünya

FIFA rəhbərinin təklifini ilk yerinə yetirən ölkə məlum oldu – FOTO

Sharing is caring!

Stadiona futbol əfsanəsi Pelenin adının verilməsini qərara alan ilk ölkə Kabo-Verde oldu.

Bu barədə ölkənin Baş naziri Uliss Korreyra Silva özünün sosial şəbəkə hesabından məlumat verib.

Onun sözlərinə görə, əvvəllər “Kabo-Verde Milli Stadionu” adlanan 15 min nəfərlik arena bundan sonra “Pele Stadionu” adlanacaq.

Silva bu qərarı ölkəsinin Braziliya tarixi və mədəniyyəti ilə ayrılmaz əlaqəsi ilə izah edib.

“Kabo-Verde və Braziliyanın əl-ələ verən tarixi və mədəniyyəti var. Bunlar həm dil, həm də digər sahələrdə bağlı olan iki qardaş ölkədir”, – deyə hökumət başçısı bildirib.

Qeyd edək ki, Kabo-Verde Atlantik okeanda bir neçə əsr Portuqaliyanın müstəmləkəsi olmuş ada dövlətidir. Ölkənin milli komandası FIFA reytinqində 72-ci yeri tutur.

Xatırladaq ki, FIFA prezidenti Canni İnfantino bütün dünya ölkələrindən stadionların ötən il dekabrın 29-da dünyasını dəyişən əfsanəvi braziliyalının şərəfinə adlandırılmasını xahiş etmişdi.

Mənbə: Live Result

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir