Dünya

Polşada Yeni il atəşfəşanlığı iki nəfərin həyatına son qoyub, 700-dən çox yanğın baş verib

Sharing is caring!

Polşada Yeni il atəşfəşanlığı 700-ə yaxın yanğına səbəb olub.

Bunu Respublikanın Dövlət Yanğından Mühafizə Xidmətinin rəsmi nümayəndəsi Karol Kejkovski mətbuata bildirib.

O, həmçinin əlavə edib ki, yanğınlar nəticəsində 7 nəfər xəsarət alıb, 2 nəfər ölüb, 12 avtomobilə ziyan dəyib.

Ümumilikdə, 2023-cü il yanvarın 1-nə keçən gecə yanğınsöndürənlərə 1200-dən çox çağırış daxil olub, bu çağırışların 149-u yalan çıxıb.

Mənbə: inosmu.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir