Dünya

Kuleba: “ABŞ-də müharibənin bitməsi müzakirə edilməyib”

Sharing is caring!

“Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ lideri Co Baydenlə görüşündə müharibəni bitirmək üçün modelləri müzakirə etməyib”.

Bunu Ukrayna xarici işlər naziri Dmitri Kuleba “RBC-Ukrayna”ya müsahibəsində deyib.

Bundan əvvəl “The Washington Post” qəzeti yazıb ki, Ukraynada müharibəni danışıqlar yolu ilə bitirmək üçün ABŞ-nin üç fərqli modeli var.

“Prezidentlər Bayden və Zelenski arasındakı danışıqlarda bu modellər müzakirə olunmayıb. ABŞ tərəfi heç bir model məsələsini qaldırmayıb”, – Kuleba vurğulayıb.

O qeyd edib:

“Bu, 100% səmərəli səfər idi, amma o həm prezidentin hazırlığı, həm Ukrayna diplomatiyası, həm də ABŞ-nin də bu səfərin 100% uğurlu olmasını istəməsi sayəsində belə oldu”.

Kulebanın sözlərinə görə, Ukraynanın mövqeyi mümkün qədər aydındır – sərhədlərinin beynəlxalq səviyyədə tanınması.

“Ukrayna torpağının bir kvadratsantimetri də diplomatik və ya hərbi güzəştlərin predmeti olmayacaq”, – Ukrayna XİN rəhbəri qeyd edib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir