Dünya

Moskvada Rusiya, Suriya və Türkiyə müdafiə nazirləri arasında üçtərəfli danışıqlar keçirilib – YENİLƏNİB

Sharing is caring!

Moskvada Rusiya, Suriya və Türkiyə hərbi idarələrinin rəhbərləri arasında üçtərəfli danışıqlar başa çatıb.

Bu barədə çərşənbə günü Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

“Moskvada Rusiya Federasiyası, Suriya Ərəb Respublikası və Türkiyə Respublikasının müdafiə nazirləri arasında üçtərəfli danışıqlar keçirilib. Suriya böhranı və qaçqınlar probleminin həlli yolları, Suriyada ekstremist qruplarla mübarizədə birgə səylər müzakirə edilib”, – məlumatda bildirilib.

Rusiya Müdafiə Nazirliyindən qeyd olunub ki, görüşün yekunlarına görə tərəflər bu formatda keçirilən dialoqun konstruktiv xarakterini, Ərəb Respublikasında və bütövlükdə regionda vəziyyətin daha da sabitləşdirilməsi naminə onun davam etdirilməsinin zəruriliyini vurğulayıblar.

Mənbə: TASS

19:02

Türkiyənin milli müdafiə naziri, ordu generalı Hulusi Akar və Milli Kəşfiyyat İdarəsinin rəisi Hakan Fidan Rusiyanın paytaxtı Moskvada səfərdədir.

Məlumata görə, onlar bir sıra rəsmi şəxslərlə görüşəcəklər.

Bildirilib ki, görüşlərdə Suriya məsələsi geniş müzakirə olunacaq.

Bundan başqa, Ukrayna ilə Rusiya arasındakı müharibə, eləcə də digər ikitərəfli və regional məsələlər barədə fikir mübadiləsinin aparılacağı gözlənilir.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir