Dünya

Xizəksürmə ərazisində meydana gələn qar uçqununda itkin düşən 10 nəfər tapılıb

Sharing is caring!

Avstraliyada xizəksürmə ərazisində meydana gələn qar uçqununda itkin düşən on nəfər canlı tapılıb.

Bazar günü saat 15:00 radələrində Avstriyanın qərbindəki “Lech-Zuers” xizəksürmə bölgəsində qar uçqunu baş verib.

Bəzi xizəkçilərin uçqun altında qalması xəbərindən sonra səlahiyyətlilər axtarış-xilasetmə əməliyyatına başlayıb.

Lakin axtarışlardan sonra əməliyyat bazar günü gec saatlara qədər dayandırılıb.

10 nəfərin uçqun altında qalması şübhəsi ilə başladılan axtarış-xilasetmə işləri zamanı 1 nəfər qar altından çıxarılıb. Ağır yaralanan şəxs İnsbrukdakı xəstəxanaya çatdırılıb. Qar uçqunu nəticəsində ümumilikdə 4 nəfərin yaralandığı məlum olub.

Digər tərəfdən, videogörüntülərə əsasən, axtarılan 10 nəfərin təkbaşına dərəyə endiyi və ya uçqunun yaşandığı ərazidə olmadığı müəyyənləşib.

Mənbə: Reuters

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir