Dünya

Avropa Komissiyasının binası qarşısında atəş açan belçikalı hərbçilər saxlanıldı

Sharing is caring!

Belçika Hərbi Hava Qüvvələrinin iki əməkdaşı Brüsselin Avropa məhəlləsinin mərkəzində həbs edilib.

Hadisə yerində olan şahidlərin dediyinə görə, həbs Avropa Komissiyasının mənzil-qərargahının qarşısında, Arximed küçəsində, Brüssel rəsmilərinin sevimli məkanı sayılan “Berlaymont” kafesinin yaxınlığındakı mənzildə baş verib.

“Bu iki şəxs əvvəlcə saxlanılıb, polis xidmətləri tərəfindən dindirilib və dindirildikdən sonra sərbəst buraxılıb”, – Brüssel prokurorluğunun sözçüsü bildirib.

Məlumata görə, sakinlər açıq pəncərədən təsadüfən iki nəfərin odlu silahla atəş açdığını görüb və polisə müraciət ediblər.

Hadisə yerinə gələn polis pnevmatik silah və 200-dən çox patron aşkar edib.

Mənbə: rbc.ua

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir