Dünya

“The Times”: “Ukrayna müharibəsi Rusiya iqtisadiyyatını 30 il geri saldı”

Sharing is caring!

Ukraynada müharibə Rusiya iqtisadiyyatını və ordusunu o qədər zəiflədib ki, ölkəni müharibədən əvvəlki səviyyəyədək bərpa etmək üçün 30 ilə qədər vaxt lazım ola bilər.

Böyük Britaniya hökumətindəki yüksək vəzifəli mənbə bildirib ki, Rusiyaya iqtisadi və hərbi potensialını bərpa etmək üçün 20-30 il lazım ola bilər.

Müharibənin 10 ayı ərzində Rusiya ordusu 100 mindən çox canlı qüvvə itirib. Bundan əlavə, Kreml təcili olaraq ölkənin illik büdcəsinin təxminən 30%-ni müharibəyə xərcləməli olub.

Britaniya rəsmilərinin sözlərinə görə, Ukrayna Silahlı Qüvvələri döyüşlərdə Rusiya tanklarının yarısını məhv etməyə nail olub. Bundan əlavə, Rusiya Federasiyasına qarşı tətbiq edilən sanksiyalar ölkə iqtisadiyyatını bərpa etmək imkanlarını əhəmiyyətli dərəcədə ləngidir, ölkənin istehsal və ixrac potensialını ciddi şəkildə məhdudlaşdırır.

Mənbə: The Times

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir