Dünya

Rusiyada naməlum şəxslər hərbi komissarlığı yandırdılar – FOTO

Sharing is caring!

Rusiyanın Saratov vilayətində hərbi komissarlıq yandırılıb.

Hadisə naməlum şəxslər tərəfindən törədilib.

Yanğın rayonun İvanteyevka kəndinin Kooperativnaya küçəsində yerləşən hərbi komissarlığın binasında baş verib.

Yanğının tez bir zamanda söndürülməsinə nail olunub.

Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerində içərisində benzin və yağ qalıqları olan plastik butulka aşkar ediblər.

Mənbə: “Baza” “Telegram”

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir