Dünya

ÜST bəyan etdi: “Dünyada antibiotik çatışmazlığı var”

Sharing is caring!

Yoluxucu xəstəliklərin sayının artması ilə əlaqədar mütəxəssislər dünyada antibiotik qıtlığının yarandığını qeyd edirlər.

Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) dərman təchizatı qrupunun rəhbəri Liza Hedman məlumat verib.

ÜST tərəfindən məlumatların toplandığı 35 ölkənin 80%-də “Penisilin” əsaslı preparatların  çatışmazlığı müşahidə olunur. Məsələn, ABŞ və Kanadada “Amoksisillin” qıtlığından  şikayətlənirlər. Aİ ölkələrinin böyük əksəriyyəti – 27 ölkədən 25-i həmçinin belə bir problemlə üzləşdikləri barədə məlumat veriblər.

Hedman əlavə edib ki, kiçik ölkələrdə bununla bağlı vəziyyət barədə daha az məlumatlar daxil olur. Amma buna baxmayaraq bu dövlətlər daha çox zərər çəkə bilər. Xüsusən də onların milli valyutası ucuzlaşıbsa və dərmanları açıq bazardan almaq məcburiyyətindədirlərsə, bu problem daha böyük ola bilər.

Eyni zamanda dərmanların istehsalı üçün komponentlərin tədarükü də çətindir. Enerji daşıyıcılarının bahalaşması həm də dərman istehsalçılarının gəlirlərinin azalmasına səbəb olub.

Mənbə: “The Financial Times”

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir