Dünya

Rusiyalı gənc Ukraynalıları qətlə yetirmək “eşqinə düşdü”, lakin özünü bıçaqladı – FOTO

Sharing is caring!

Rusiyanın Orenburq şəhərində 22 yaşlı rusiyalı Daniil R. adlı gənc ukraynalıları o qədər öldürmək istəyirdi ki, az qala özünü öldürəcəkdi.

Daniil ukraynalıları qətlə yetirmək üçün cəbhə bölgəsinə getmək istəyib, lakin onu döyüşə göndərməyiblər. O, döyüşə yararsız hesab edilib və evə göndərilib. Buna görə əhvalı pozulan gənc bıçaqla öz qarın nahiyəsinə xəsarət yetirib.

Hadisə Rostov-na-Donu şəhərinin dəmiryol vağzalında baş verib. “Könüllü” Ukraynada döyüşə biləcəyini sübut etmək üçün öncə özünə zərbələr vurub, sonra öz qarnını bıçaqlayıb.

Bildirilir ki, rusiyalı gənc könüllü kimi qeydiyyatdan keçib və dekabrın 5-də Novoçerkassk yaxınlığındakı poliqona gedib. Ancaq iki gün sonra Daniilə izah edilib ki, o, real döyüşlər üçün yararlı deyil. Buna görə də təkidlə ondan istənilib ki, təlim və xidmət keçməkdən könüllü imtina ərizəsi yazsın.

Rusiyalı gənc bütün sənədləri imzalayıb, əşyalarını yığıb və Rostov-na-Donu dəmiryolu vağzalına gedib, lakin ondan imtina etmələri ilə barışa bilməyib.

O, bilet alıb və vağzal binasını tərk edib. Sonra bıçağı çıxarıb və özünü qarnından bıçaqlayıb. Bu qəribə üsulla o, ağrıdan qorxmadığını və müharibədə iştirak etməyə hazır olduğunu özünə sübut etmək istəyib.

Daniil artıq əməliyyat olunub, hər hansı həyati təhlükəsi yoxdur.

Mənbə: UNİAN

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir