Dünya

“British Airways” uçuşların yarısını ləğv etdi – FOTO

Sharing is caring!

“British Airways” aviaşirkəti uçuş planlaşdırma proqramındakı nasazlığa görə, aviareyslərin demək olar ki, yarısını ləğv edib.

Bu barədə çərşənbə axşamı, dekabrın 20-də hava daşıyıcısı bəyanat yayıb.

Məlumata görə, problem şirkət pilotlarının “Apple iPad” vasitəsilə daxil olduğu proqram təminatındakı nasazlıq səbəbindən yaranıb.

“British Airways” nümayəndəsinin sözlərinə görə, sistem təkmilləşmə prosesində olub.

Sistemdəki problemlər səbəbindən dünyanın hər yerində çox sayda sərnişin vəziyyətin girovuna çevrilib.

Mənbə: iz.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir