Dünya

Ermənistan hərbi kəşfiyyatının sabiq rəhbəri həbs edilib

Sharing is caring!

Ermənistanda ikinci ordu korpusunun keçmiş komandiri, Ermənistan Baş Qərargahının kəşfiyyat idarəsinin keçmiş rəisi, general-mayor Arayik Arutyunyan həbs edilib.

Bu barədə “Sputnik” Ermənistan hüquq-mühafizə orqanlarındakı mənbələrinə istinadla xəbər verib.

Nəşrin məlumatına görə, hərbi kəşfiyyatın keçmiş rəhbəri dekabrın 15-də həbs edilib. O da vurğulanır ki, cinayət işi ilə bağlı dekabrın 14-də xəbər verilib, lakin prokurorluğun rəsmi məlumatında təqsirləndirilən şəxsin adı, eləcə də vəzifəsi göstərilməyib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir