Dünya

Qətərdə DÇ-2022-nin təhlükəsizlik işçisi final oyunun keçiriləcəyi stadionda ölüb

Sharing is caring!

Keniyalı təhlükəsizlik üzrə mütəxəssis Con Njue Kibue dünya çempionatının oyunlarının keçirildiyi Lusail Milli Stadionunda səkkizinci mərtəbədən yıxılaraq xəstəxanada dünyasını dəyişib.

Kibuenin 24 yaşı var idi. Onun ağır kəllə-beyin travması, üz və çanaq sümüklərinin sınığı ilə Doha Ümumi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirildiyi bildirilir.

Qeyd olunur ki, turnirin təşkilatçıları təcili olaraq baş verən hadisəni araşdırırlar.

Xatırladaq ki, dekabrın 18-də Lusaildə dünya çempionatının final oyunu keçiriləcək.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir