Dünya

Rusiya və Türkiyə “Taxıl sazişi”nin paket xarakterini təsdiqləyiblər

Sharing is caring!

Dekabrın 8-9-da İstanbulda Rusiya xarici işlər nazirinin müavini Sergey Verşinin və türkiyəli həmkarı Sedat Önal arasında keçirilən məsləhətləşmələr zamanı “Taxıl sazişi”nin paket xarakteri təsdiq edilib. 

Bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Qeyd olunur ki, tərəflər iyulun 22-də imzalanan İstanbul razılaşmasını nəzərdən keçiriblər:

“Sazişin paket xarakteri, yəni Ukrayna ərzaq məhsullarının ixracı üzrə Qara dəniz təşəbbüsü, Rusiya gübrələrinin və kənd təsərrüfatı məhsullarının dünya bazarlarına çıxarılmasına dair Rusiya-BMT memorandumu təsdiqlənib”.

Qeyd edilib ki, “taxıl sazışi”nin icrası ilk növbədə Afrika, Asiya və Latın Amerikasının kənd təsərrüfatı məhsullarına ehtiyacı olan ölkələrinə yardım göstərəcək, həmçinin qlobal ərzaq təhlükəsizliyini təmin edəcək.

Mənbə: İnterfax

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir