Dünya

Monqolustan etirazlardan sonra dövlət şirkətinin müqavilələrinin məxfiliyini ləğv etmək qərarına gəlib

Sharing is caring!

Etirazçıların “Erdenes Tavan-Tolgoi” dövlət şirkəti ilə bağlı müqavilələrin məxfiliyinin ləğvi barədə tələbi Monqolustanın Nazirlər Kabineti növbədənkənar iclasında müzakirə edilərək müvafiq qərar qəbul edilib.

Bu barədə hökumətin katibliyinin rəhbəri Daşzeqvin Amarbayasqalan məlumat verib:

“Korrupsiyaya qarşı mübarizə üzrə milli komissiyanın tövsiyəsi əsasında məxfi kimi təsnif edilən doqquz müqavilənin açıqlanması barədə qərar qəbul edilib”.

O qeyd edib ki, müqavilələrdən məxfilik möhürünün çıxarılması antikorrupsiya agentliyinə araşdırma aparmaq və ictimaiyyətə onlarla tanış olmaq imkanı verir.

D.Amarbayasqalan aydınlaşdırıb ki, bunlar “Erdenes Tavan-Tolgoi” SC tərəfindən dəmiryollarının tikintisi ilə bağlı davam edən layihələr üçün imzalanmış doqquz müqavilədir.

“Monqolustan hökuməti bu tip gizli razılaşmalara son qoymaq və gələcəkdə onları bağlamamaq barədə prinsipial qərar qəbul edib”, – hökumət nümayəndəsi bildirib.

Dekabrın 4-də Ulan-Batorda kömürün gömrükdən yan keçməklə Çinə ixracı ilə əlaqədar davam edən təhqiqatla bağlı etirazlar başlayıb. Oğurluğun məbləğinin 12,8 milyard dolları ötdüyü güman edilir. Dekabrın 5-də nümayişçilər Monqolustanın Hökumət Evinə basqın etməyə cəhd göstəriblər. Nümayişçilər şübhəlilərin adlarının açıqlanmasını tələb ediblər, etirazçıların fikrincə, onların arasında yüksəkvəzifəli siyasətçilər də ola bilər.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir