Dünya

Hindistanda dünyada ilk qızıl bankomatı istifadəyə verildi – FOTO

Sharing is caring!

Hindistanın Heydərabad şəhərində kredit və ya debet plastik kartlarından pulla qızıl sikkələr almağa imkan verən bankomat müştərilərə xidmət göstərməyə başlayıb.

Bu, təkcə Hindistanda deyil, həm də dünyada real vaxt rejimində işləyən ilk belə avtomatdır.

Cihaz “Goldsikka Pvt Ltd” tərəfindən istehsal edilib. Bankomatda 5 kq 24 karatlıq qızıl sikkələr saxlanılır, bu, onları səkkiz variantda – 0,5 qramdan 100 qrama qədər əldə etməyə imkan verir. Bankomatın mühüm xüsusiyyəti ondan ibarətdir ki, onun ekranındakı qızılın qiyməti London birjasında bu qiymətli metalın kotirovkalarında dəyişikliklərə uyğun olaraq real vaxt rejimində yenilənir.

ATM-də etibarlı müdafiə sistemi quraşdırılıb – videokamera, səs siqnalı və polislə əlaqə xətti var.

Fəaliyyətə başladığı ilk gün innovativ bankomat 20 müştəriyə xidmət göstərib.

Qeyd edək ki, BƏƏ-də, ABŞ-də, İspaniyada, Almaniyada və İtaliyada qızıl bankomatları fəaliyyət göstərir.

Mənbə: The Economic Times

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir