Dünya

Kadırovun müşaviri öldürülən bloqerə görə ziyafət verdi – VİDEO

Sharing is caring!

Çeçenistan Prezidenti Ramzan Kadırovun hüquq-mühafizə orqanları ilə iş üzrə müşaviri, Rusiya Federasiya Şurasının üzvü Suleyman Qeremeyev İsveçdə qətlə yetirilən müxalif çeçen bloqerin ölümündən dərhal sonra ziyafət təşkil edib.

Mənbə iddia edib ki, bununla Suleyman Qeremeyev bloqerə qarşı elan edilmiş “qan davası”nı qeyd edib.

Xatırladaq ki, müxalif baxışlarına görə Rusiyanı tərk edib İsveçdə siyasi sığınacaq almış və özünün “YouTube” kanalında Çeçenistanın rəhbəri Ramzan Kadırovu mütəmadi tənqid hədəfinə götürmüş Tumso Abduraxmanov dekabrın 1-dən 2-nə keçən gecə öldürülüb.

Məlumat üçün əlavə edək ki, İsveç hüquq-mühafizə orqanları hələlik bu xəbəri şərh etməyiblər.

Mənbə: Мot-tak.tv

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir