Dünya

Trampın bərpa olunan “Twitter” hesabı qısa müddət ərzində 86 milyon izləyici topladı

Sharing is caring!

ABŞ-ın keçmiş prezidenti Donald Trampın “Twitter” sosial şəbəkəsində blokdan çıxarılan hesabı sosial şəbəkə istifadəçilərinin böyük marağına səbəb olub.

Hərçənd, siyasətçinin özü orada yeni paylaşımlar etmək fikrində olmadığını bildirib.

Tramp 8 yanvar 2021-ci ildə hesabının dondurulması nəticəsində 90 izləyicisini itirib. Lakin bərpa olunduqdan saatlar sonra artıq onun səhifəsinə 86 milyon abunəçi yazılıb.

Siyasətçinin səhifəsində artıq bütün əvvəlki paylaşımlar görünür, onları bəyənib şərh yaza bilərsiniz.

Donald Trampın özü isə şəxsi “Truth Social” internet platformasını tərcih edir.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir