Dünya

Donald Trampın “Twitter” hesabı blokdan çıxarılıb – FOTO

Sharing is caring!

ABŞ-ın keçmiş prezidenti Donald Trampın “Twitter” hesabı blokdan çıxarılıb.

Bu barədə “Twitter” şirkətinin yeni sahibi, sahibkar İlon Mask hesabların bərpasına dair sorğunun nəticələrinə əsasən qərar verib.

Sorğuda iştirak edən 15 milyon respondentin əksəriyyəti (51,8 %) bunun lehinə olub.

Donald Trampın özü də Maskın sorğusuna “heç yerə hazırlaşmadığını” bildirməklə reaksiya verib və özünün “Truth” sosial şəbəkəsini xüsusi adlandırıb.

Xatırladaq ki, “Twitter” 2021-ci ilin yanvarında Respublikaçı tərəfdarların Kapitoliyə hücumu fonunda Trampın hesabını bloklamışdı. Platformanın rəhbərliyi qərarını “zorakılığa daha da təhrik etmək riski” ilə əsaslandırıb. Həmçinin siyasətçinin səhifələri feysbuk, instaqram, “Snapchat” və “Twitch” sosial şəbəkələri tərəfindən bloklanıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir