Dünya

SOCAR prezidenti Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru ilə görüşüb – FOTO

Sharing is caring!

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf 2022-ci il noyabrın 16-da Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru Sebastian Molineusun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Oxu.Az xəbər verir ki, bu barədə SOCAR məlumat yayıb.

Məlumata görə, görüşdə Azərbaycan ilə Dünya Bankı arasında səmərəli əməkdaşlıq əlaqələrinin uğurla inkişaf etdiyi bildirilib, Dünya Bankı tərəfindən ölkəmizdə həyata keçirilən müxtəlif layihələrin neft-qaz sənayemizin dayanıqlı inkişafına mühüm töhfə verdiyi vurğulanıb.

Söhbət zamanı Cənub Qaz Dəhlizi layihəsinin regionun və Avropanın enerji təhlükəsizliyi baxımından strateji rolundan bəhs edilib, bu xüsusda Dünya Bankı ilə faydalı əməkdaşlığın əhəmiyyəti qeyd olunub.

Görüşdə, həmçinin ətraf mühit, bərpa olunan enerji, dekarbonizasiya və rəqəmsallaşma sahələrində əməkdaşlıq perspektivləri müzakirə edilib, qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir