Dünya

Yanan gecə klubunun azərbaycanlı sahibinin “Vahid Rusiya” partiyasına üzvlüyü dayandırılıb

Sharing is caring!

“Vahid Rusiya” partiyasının Rəyasət Heyəti partiyanın etika komissiyasının tövsiyəsi əsasında yanan “Poliqon” gecə klubunun sahibi Kostroma Vilayət Dumasının deputatı İxtiyar Mirzəyevin üzvlüyünün dayandırılması barədə qərar qəbul edib.  

Bu barədə bazar ertəsi partiyanın mətbuat xidməti məlumat yayıb.

“Bu qərar faciənin xüsusilə ağır nəticələrini və sonradan yaranmış geniş ictimai rezonansı nəzərə alaraq qəbul edilib”, – məlumatda deyilir.

Həmçinin, qeyd olunub ki, İxtiyar Mirzəyevin iclasdakı çıxışı zamanı “Vahid Rusiya”dakı üzvlüyün dayandırılması ilə bağlı şəxsi bəyanatı da nəzərə alınıb.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir