Dünya

Türkiyə nümayəndə heyəti Füzuliyə səfər edib – FOTO

Sharing is caring!

Türkiyənin Azərbaycandakı səfiri, Türkiyə Çorum bələdiyyəsinin sədri və nümayəndə heyətinin Füzuliyə səfəri davam edir.

APA-nın yerli bürosu xəbər verir ki, qonaqları Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov​ müşayiət edir. Səfər zamanı qonaqlar Füzulidə erməni vəhşiliyi nəticəsində törədilən dağıntılara,​ yerlə yeksan edilən yurd yerlərinə baxış keçiriblər.

Qonaqlar həmçinin Merdinli məscidinin dağıntıları ilə tanış olublar. Onlara məlumat verilib ki, işğal zamanı ermənilər, digər dini abidələr kimi, Merdinli məscidindən də heyvanları saxlamaq üçün istifadə ediblər. Daha sonra qonaqlar Köndələnçay Su anbarına gediblər. Ermənilərin törətdikləri ekoloji terror barədə türkiyəli qonaqlara məlumat verilib. Daha sonra qonaqlar Füzuli şəhərinin mərkəzində olublar. Burada onlara yerlə yeksan edilən şəhər barədə məlumat verilib. Həmçinin azad olunan ərazilərdə yerinə yetirilən tikinti-quruculuq işləri ilə tanışlıq olub.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir