Dünya

Niderland hava limanında 100-dən çox ətraf mühit fəalı saxlanılıb

Sharing is caring!

Niderland polisi “Shiphol” hava limanında uçuş-enmə zolağına çıxan ən azı 100 ekoloji fəalı saxlayıb.

Məlumata görə, “Greenpeace” və “Extinction Rebellion” təşkilatlarının fəalları hasardan adlayaraq şəxsi təyyarələrin altında oturub və onların havaya qalxmasına mane olublar. Bəzi etirazçılar özlərini təyyarəyə zəncirləyiblər. Digərləri uçuş-enmə zolağında velosiped sürməyə başlayıblar.

Ümumilikdə aksiyada ən azı 500 nəfər iştirak edib. Polis azı 100 fəalı saxlayıb.

“Bunun nümayişlə heç bir əlaqəsi yoxdur. Belə hərəkətlər qadağandır, təhlükəlidir və cəzalandırılır”, – deyə “Shiphol”un aid olduğu Harlemmermer bələdiyyəsinin sədri Marianna Shurmans bildirib.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir