Dünya

Berluskoni Putinlə münasibətlərinə dair zarafat etdiyini bildirib

Sharing is caring!

İtaliyanın keçmiş baş naziri Silvio Berluskoni bildirib ki, onun Rusiya Prezidenti Vladimir Putinlə araq və şərab şüşələri mübadiləsi ilə bağlı hekayəsi zarafatdır.

Siyasətçinin sözlərinə görə, fevralın 24-dən bəri o, iki dəfə Putinlə əlaqə saxlamağa cəhd etsə də, cavab almayıb.

Qeyd edək ki, bir müddət öncə Berluskoni Rusiya liderinin ona 20 şüşə araq və ad günü üçün çox xoş məktub göndərdiyini, buna cavab olaraq da özünün Putinə “Lambrusko” şərabı və eyni dərəcədə xoş məktub göndərdiyini bildirmişdi.

Mənbə: gazeta.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir