Dünya

Baydendən mitinqdə maraqlı anlar: İzdihamın içinə atılmaq istədi – VİDEO

Sharing is caring!

ABŞ prezidenti Co Bayden Pensilvaniyadakı mitinqdə izdihamın içinə atlamağı simulyasiya edərək tədbir iştirakçılarını əyləndirib.

Oxu.Az-ın məlumatına görə, sosial şəbəkələrdə bununla bağlı müvafiq görüntülər yayılıb.

Kadrlardan görünür ki, mitinqdə çıxış etdikdən sonra Bayden sanki səhnədən tullanmaq istəyirmiş kimi davranıb. Yaxınlıqda olan ABŞ-nin vitse-prezidenti Kamala Harris zarafatı başa düşüb və prezidentlə bərabər oyuna qoşulub; guya onu tuturmuş kimi davranıb.

Daha sonra əla əhval-ruhiyyədə olduğu görünən Bayden tamaşaçılara havadan öpüş göndərib və gümrah şəkildə səhnədən qaçıb.

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir