Dünya

Qalaktikaların toqquşması qeydə alındı – FOTO/VİDEO

Sharing is caring!

Ceyms Vebb kosmik teleskopu dərin kosmosun yeni görüntüləri ilə təəccübləndirməkdə davam edir. Bu dəfə o, iki qalaktikanın birləşməsinin necə baş verdiyini göstərib.

Yerdən 270 milyon işıq ili məsafəsində heyrətamiz hadisə baş verir – iki qalaktika bir-biri ilə toqquşur və onların qarşılıqlı təsirindən möhtəşəm görüntülər yaranır. Bu cüt IC 1623 adlanır və balina bürcündə yerləşir.

NASA alimlərinin fikrincə, tezliklə birləşəcək bu iki qalaktikada yeni ulduzların əmələ gəlməsi bizim qalaktikamızdakı eyni prosesdən 20 dəfə daha sürətlə baş verir.

Qeyd edək ki, 10 milyard dollarlıq Vebb teleskopu bu günə qədər həyata keçirilən ən iddialı və uğurlu kosmik layihədir. O, Yerdən 1,6 milyon km məsafədə yerləşir və diametri 6,5 metr olan nəhəng əsas güzgüsünün köməyi ilə bizdən milyardlarla işıq ili uzaqda olan son dərəcə uzaq ulduzların və qalaktikaların işığını görə bilir.

Mənbə: focus.ua

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir