Dünya

ABŞ və Çin qarşılıqlı anlaşmaya doğru addım atdılar: Si Cinpin və Bayden bəyanat verdilər

Sharing is caring!

“Pekin hər iki tərəfin xeyrinə ortaq dil tapılması yollarını müəyyənləşdirmək üçün Vaşinqtonla işləməyə hazırdır”.  

Bu barədə Çin lideri Si Cinpin ABŞ-Çin Əlaqələri üzrə Milli Komitənin tədbirində bildirib.

Si Cinpin əlavə edib ki, hazırda dünyada əmin-amanlıq, sülh yoxdur. O hesab edir ki, ABŞ və Çin arasında daha sıx əlaqələr və əməkdaşlıq dünyada sabitlik və etibarlılığın bərqərar olmasına kömək edəcək. Həmçinin bütün dünyada sülh və inkişafın təşviq edilməsində təsirli olacaq.

Çin liderinin sözlərinə görə, Pekin yeni dövrdə qarşılıqlı hörmət, dinc yaşama və faydalı əməkdaşlıq əsasında yola getməyin düzgün yollarını axtarmağa hazırdır.

“Bu da təkcə iki ölkənin deyil, eyni zamanda bütün dünyanın xeyrinə olacaq”, – deyə o qeyd edib.

ABŞ Prezidenti Co Bayden isə hərbi müşavirlərlə görüşü zamanı bildirib ki, Vaşinqton Pekinlə münaqişəyə can atmır və Si Cinpin bunu bilir.

O əlavə edib ki, ABŞ Rusiyanın Ukraynaya təcavüzündən tutmuş iqlim dəyişikliyinə və Hind-Sakit okeana qədər bir sıra problemləri gündəmə gətirməyə davam edəcək.

Mənbə: UNİAN

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir