Dünya

İran Avropa İttifaqına cavab olaraq sanksiyalarını genişləndirdi

Sharing is caring!

İran Avropa İttifaqı ilə əlaqəli 12 fiziki və səkkiz hüquqi şəxsə qarşı sanksiya tətbiq edib.

Bu addım İran İslam Respublikasına qarşı məhdudlaşdırıcı tədbirlərə cavab olaraq atılıb.   

Bu barədə İran xarici işlər nazirliyinin yaydığı bəyanatda bildirilib.

Sanksiyalar siyahısına digər təşkilatlarla birlikdə Almaniyanın “Deutsche Welle” media şirkətinin fars redaksiyası və Fransanın “Radio France Internationale” radiostansiyası daxil edilib.

Bundan əlavə, Almaniyanın “Bild” qəzetinin baş redaktorları Yohannes Boi və Aleksandra Vyursbaxa, həmçinin Avropa Parlamentinin bir neçə deputatına və Parisin 1-ci dairəsinin keçmiş merinə qarşı sanksiyalar tətbiq edilib.

İran Xarici İşlər Nazirliyinin bəyanatına görə, bu fiziki şəxslər və təşkilatlar “İran xalqına qarşı iğtişaşlara, zorakılıqlara və terror aktlarına səbəb olan fəaliyyətlər həyata keçirməkdə” ittiham olunurlar.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir