Dünya

Moldovada kriptovalyuta mayninqi qadağan olundu

Sharing is caring!

Moldovada elektrik enerjisinə qənaət məqsədilə kriptovalyuta istehsalı və bunun üçün zəruri olan avadanlıqların idxalı müvəqqəti qadağan edilib.

Bu barədə çərşənbə axşamı Respublika Fövqəladə Hallar Komissiyası məlumat verib.

Bundan əlavə, komissiya ictimaiyyət və biznes üçün tövsiyələrin siyahısını dərc edib. Vətəndaşlara pik saatlarda elektrik enerjisinin verilişində mümkün fasilələrlə bağlı xəbərdarlıq edilib və liftdən istifadə etməmək tövsiyə olunub.

Kommersiya daşınmaz əmlak idarəçilərinə işıqlandırmanı 30% azaltmaq, fəvvarələri, reklam lövhələrini və eskalatorları söndürmək məsləhət görülüb. Həmçinin, qapalı məkanlarda temperaturun müsbət 19 dərəcəyə, qeyri-iş saatlarda isə 15 dərəcəyə endirilməsi tələb olunub.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir