Dünya

ABŞ-da balqabaq festivalı keçirilib – FOTO

Sharing is caring!

ABŞ-ın Virciniya ştatında keçirilən “Payız festivalı”nda “Hellouin” (“Halloween”) bayramının simvolu hesab edilən balqabağın müxtəlif növlərinin sərgisi keçirilib. 

Festival Virciniya ştatında yerləşən “Koss Farm” fermasında baş tutub.

Tədbirə qatılanlara ştatın ərasizində yetişdirilən müxtəlif ölçüdə və rəngdə olan balqabaqlar nümayiş olunub.

Məlumat üçün qeyd edək ki, hər il 31 oktyabr tarixində, xüsusən ABŞ-da, Böyük Britaniyada və İrlandiyada “Hellouin” bayramı keçirilir.

“Hellouin”in əsas atributlarından biri balqabaqdır. İnsanlar həmin gün balqabaqların içini oyub, içərisinə şam qoyurlar. Onlar hazırladıqları bir-birindən maraqlı balqabaq fiqurları ilə bayramı qeyd edirlər.

“Hellouin” bayramının tarixi 2 000 il bundan əvvəl keltlərin qeyd etdikləri bütpərəst bayramına gedib çıxır. Keltlər inanırdılar ki, bu vaxt ölülər diri insanlar arasında gəzib-dolaşırlar, beləcə, dirilər ölülərlə görüşə bilərlər.

Mənbə: Anadolu

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir