Dünya

Aİ İranın pilotsuz təyyarə istehsalçısı “Shahed”ə qarşı sanksiyalar tətbiq etdi

Sharing is caring!

Aİ İranın pilotsuz təyyarələr istehsalçısı olan “Shahed Aviation Industries” şirkətinə qarşı sanksiyalar tətbiq edib.

Eyni zamanda İranın üç generalı da sanksiyalar siyahısına daxil edilib.

Bu barədə Aİ Şurasının İranla bağlı qərarında məlumat verilib. Qərar Aİ-nin rəsmi jurnalında dərc olunub.

“İran rejimi Rusiyanın Ukraynaya qarşı əsaslandırılmamış təcavüzünə hərbi yardım göstərir. Vəziyyətin ağırlığını nəzərə alaraq, Aİ Şurası Rusiyaya pilotsuz təyyarələrin tədarükü ilə əlaqəli üç fiziki şəxsin və bir təşkilatın Aİ-nin sanksiyalar siyahısına daxil edilməsi barədə qərar qəbul edib”, – deyə sənəddə qeyd edilir.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir