Dünya

Rusiya Ukraynaya qarşı “gizli” silahdan istifadə edə bilər – FOTO

Sharing is caring!

“Rusiya Qara dənizdə ukraynalı diversantlara qarşı döyüş delfinlərindən istifadə edə bilər”.

Bu barədə amerikalı köşə yazarı Bleyk Stiluell “19Fortyfive” nəşri üçün məqaləsində məlumat verib.

Jurnalist ABŞ Hərbi Dəniz İnstitutunun məlumatlarına istinad edib. O, qeyd edib ki, xüsusi təlim keçmiş heyvanlardan sualtı minaların və hərbi üzgüçülərin aşkarlanması üçün uğurla istifadə edilir.

Bleykin yazdığına görə, diversantların və xüsusi təyinatlıların limana yaxınlaşmasını nəzarətdə saxlamaq çətindir. Bunun üçün daimi ayıq-sayıqlıq və ya müasir hərbi texnologiyalar tələb olunur. “Bu halda yuxuda ikən belə həmişə ayıq olan bir heyvandan yaxşı nə ola bilər?”, – deyə o vurğulayıb.

Mənbə: Lenta.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir