Dünya

Benyamin Qans: “İsrail Ukraynaya silah vermək niyyətində deyil”

Sharing is caring!

“İsrail Ukraynanı dəstəkləyir, lakin əvvəl də olduğu kimi, onu silah sistemləri ilə təmin etmək niyyətində deyil”.

Bu sözləri İsrail dövlətinin müdafiə naziri Benyamin Qans deyib.

Onun sözlərinə görə, İsrail Ukraynaya tibbi və humanitar yardım göstərir və gələcəkdə də bu xəttə sadiq qalmaq niyyətindədir.

Xatırladaq ki, bir neçə gün əvvəl Ukraynanın xarici işlər naziri Dmitri Kuleba İsraildən hava hücumundan müdafiə sistemlərini almaq istədiklərini bildirmişdi.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir