Dünya

Tramp Kim Çen Inla məxfi yazışmaları Ağ Evdən götürüb – FOTO

Sharing is caring!

“ABŞ-ın keçmiş prezidenti Donald Tramp Şimali Koreya lideri Kim Çen Inin ona göndərdiyi məktubu Ağ Evdən götürüb.

Tramp bu yazışmaların məxfi sənəd olduğunu bilirdi. Buna görə də prezidentlik müddəti başa çatdıqdan sonra onu Ağ Evdən götürməməli idi”.

Bu barədə “The Washington Post” qəzeti amerikalı jurnalist Bob Vudvordun Tramp haqqında yeni audiokitabına istinadən yazıb.

“Trampın qeydləri: Bob Vudvordun Prezident Trampla iyirmi müsahibəsi” (“The Trump Tapes: Bob Woodward’s Twenty Interviews with President Trump”) audiokitabı oktyabrın 25-də işıq üzü görəcək. “The Washington Post” rəsmi buraxılışdan əvvəl kitabın məzmununu nəzərdən keçirib. Qəzetin yazdığına görə, 2019-cu ildə Vudvordla söhbətlərinin birində Tramp jurnalistə Kim Çen Indan aldığı məktubları göstərib. Vudvorddan xahiş edib ki, məktublara hörmətlə yanaşsın, üstəlik, “heç kəsə demə ki, mən onları sənə vermişəm”, – deyə tapşırıb. 

2020-ci ilin yanvarında telefon danışığı zamanı Vudvord Trampdan Kim Çen Inın məktublarını  göstərməyi xahiş edib. Amma Tramp bildirib ki, bu, tamamilə məxfidir.

“Trampın şərhləri göstərir ki, o, 27 məktubun məxfi olduğunu yaxşı bilirdi. Lakin dəfələrlə bəyan etmişdi ki, Ağ Evdən qanunsuz olaraq götürdüyü sənədlərin heç biri bu kateqoriyaya aid deyil”, – deyə nəşrin xəbərində qeyd edilir.

Xatırladaq ki, daha əvvəl səlahiyyətlilər Trampın Florida ştatındakı Mar-a-Laqo malikanəsindən içində müxtəlif sənədlər olan 15 qutu müsadirə ediblər. Bu sənədlər Trampın prezidentlikdən getməsindən sonra ABŞ Milli Arxivinə təhvil verilməli idi. Qeyd edilir ki, həmin qutularda başqa sənədlərlə yanaşı, Trampın Kim Çen Inla yazışmaları da olub.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir