Dünya

Ukrayna səhəri həyəcanla açdı: Bir çox şəhərlərdə partlayışlar baş verib – VİDEO

Sharing is caring!

Oktyabrın 18-də səhər saatlarında Dneprdə bir neçə partlayış baş verib.

Bu barədə sosial şəbəkələrdə görüntülər paylaşılıb.

İlkin məlumatlara görə, partlayış nəticəsində şəhərdəki İstilik Elektrik Stansiyasında (İES) yanğın baş verib.

Bundan əvvəl Prezident Aparatı rəhbərinin müavini Kirilo Timoşenko şəhərdəki enerji infrastrukturu obyektinə iki hücumun olduğunu bildirib. O qeyd edib ki, raketlər enerji obyektlərinə düşüb.

Qeyd edək ki, səhər saatlarında Kiyev, Jitomir, Nikolayev, Krivoy Roq, Xarkovda partlayışlar olub, bir çox ərazilər işıqsız qalıb.

Mənbə: RBK-Ukraina

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir