Dünya

Türkiyədə partlayışın baş verdiyi şaxtada işlər dayandırıldı

Sharing is caring!

Türkiyə hakimiyyəti metan partlayışının baş verdiyi Bartın əyalətindəki kömür mədənində işləri müvəqqəti dayandırmaq qərarına gəlib.

“Bəzi ərazilərdə yanğınla mübarizə davam etdiyi üçün biz mədəndə kömür hasilatını dayandırırıq. Prokurorluq da bu işlə bağlı araşdırmalara başlayıb”, – təbii qaynaqlar və enerji naziri Fatih Dönməz mətbuata bildirib.

Xatırladaq ki, Bartın vilayətinin Amasra bölgəsində cümə günü axşam saatlarında mədəndə partlayış baş verib. Metan partlayışı 300-350 m dərinlikdə qeydə alınıb. Partlayış zamanı orada 90-dan çox mədənçi olub. Hadisə nəticəsində 41 nəfər həlak olub, 58 nəfər xilas edilib.

Mənbə: Haber Global

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir